"Maşın" realiti-şousunun ötəngünkü buraxılışı da qalmaqalsız ötüşməyib.
Mynews.az bildirir ki, ötən gün Roza Zərgərli şoudan çıxmaq təhlükəsi ilə üz-üzə qalıb. Lakin o, səs toplayaraq şouya davam edib və Rühəngiz Musəvini çıxardıb.
Roza Zərgərli üçün tamaşaçılardan səs istəyən bloqer Hüseyn Əzizoğlu açıqlaması ilə diqqət çəkib. O, müğənni üçün tərif yağdırıb, bir növ ona dəstək olduğuna görə təşəkkür edib.

"Roza xanım həmişə bu şouda zəif olan insanların yanında olub. Mən bu şouya gələndə 17 iştirakçı elə baxırdı ki, elə bil meşəyə insan gəlib. Roza xanım mənim arxama keçib, bu yerə kimi məni apardı. Necə ki, bir ana öz övladını müdafiə edir. Mən kişi kimi qadın eşitmişdim, amma görməmişdim. Mən kişi kimi qadın anamı bilirdim, biri də Roza xanım oldu", - H. Əzizoğlu söyləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub