“Sağ olanda onun əlini öpmək üçün növbəyə düzülürdülər. İndi onun adı ilə zarafat edirlər. O, sağ olanda həmin insanlar onun yanına gəlmək üçün gözləyirdilər. Onun hər kəlməsindən qorxurdular. İndi hamı çox rahat danışır”.
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi Nail Naiboğlunun “Stop” verilişində deyib. O, əməkdar artist Röya Ayxanın onun ünvanına dediyi “Mənə İlhamə Quliyeva deyirdiniz. Gördünüz, Natavan oldu” sözlərinə cavab verib.
Natavan mərhum xalq artisti İlhamə Quliyeva ilə aralarında baş verən inciklikdən danışıb:
“Qalmaqalımız aramızda oldu. Səbəbi Aygün Kazımova idi. Nədənsə, ona görə mənim qarşıma çıxdı. Başqa qüvvələr onu bu addımı atmağa məcbur etdi. O, bunları mənə ölümündən 2-3 gün qabaq etiraf etdi. Heç kim bilmir bu şou-biznessdə nələr olacaq. Məndə çox söhbətlər var. İlhamə Quliyevanın yolu ilə getmirəm”.
Sənətçi Röya ilə küsülü olmaları haqda suala belə cavab verib:
“Bilmirəm nəyin üstündə danışmırıq. Aygün Kazımova ilə böyük dava idi, yadımda qalıb. Amma Röya ilə bilmirəm. Maraqsızdı”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub