Xuraman Şuşalı həyat yoldaşının heç vaxt ona xəyanət etmədiyini deyib.
Mynews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən müğənni ailə sirlərini bölüşüb:
"Bilirəm ki, həyat yoldaşım mənə xəyanət etməyib. Ona görə yox ki, məndən qorxub-çəkinir, içində Allah qorxusu var, buna görə ondan arxayınam. Amma demirəm ki, heç vaxt mənə xəyanət edə bilməz, çünki şeytan həmişə insanı yolundan azdıra bilər. Amma ərim mənə xəyanət etsə, ailəmi dağıtmaram. Çünki üç övladım var, tək özümü yox, onları da düşünürəm. İstəmərəm uşaqlarım psixoloji zədə alsın.
Söz-söhbətsiz ailə yoxdu, sadəcə olaraq, ağıllı qadın bütün hallarda güzəştə getməli, eqosunu kənara qoymalı, ailəsini qorumalıdır. Mən, hətta, günah onda olsa da, səhvi özümdə axtarıram, çünki "dır-dır" olduğumu bilirəm. Rəhmətlik anam həmişə deyirdi ki, buna bax e, buradan deyinir, oradan da "aşkım" deyə-deyə ərinin arxasınca gəzir. Onsuz da uşaqlar dünyaya gələndən sonra qadınla kişi arasında olan sevgi bölünür, hörmət qalır. Mən yoldaşıma deyirəm ki, siqaret çəkmə, idmanla məşğul ol ki, çox yaşayasan, bərabər qocalaq, yaşlı vaxtlarımızı səyahətlərdə keçirək".
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub