“Biz heyvanlar üçün oxumuruq, insanlar üçün oxuyuruq. Ali təhsilli insan daha peşəkar müsahibə verə bilərdi”.
Mynews.az-ın məlumatına görə, bu sözləri “ATV maqazin onlarla”ya qonaq olan müğənni Damla əməkdar artist Elza Seyidcahanın ünvanına deyib. Sənətçi Seyidcahanın onun fotosunu cırmasına və qeyri-peşəkar adlandırmasına cavab verib:
“Mən adımı dəyişməyimdən utanan bir insan deyiləm. Adım Məsumədir və adımdan çəkinmirəm. Elə bir iyrənc keçmişim də yoxdur, adımın ləkəsi də yoxdur ki, utanım, çəkinim. Biz heyvanlar üçün oxumuruq, insanlar üçün oxuyuruq. Ali təhsilli insan daha peşəkar müsahibə verə bilərdi. Damla tamaşaçısını kimsə təhqir edə bilməz. Mənim dinləyicilərimi kimsə aşağılaya bilməz”.
Qeyd edək ki, Elza Seyidcahan bir müddət öncə Damla haqda sərt fikirlər səsləndirmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub