Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.
Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.
Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu.
Əməkdaşımız məsələylə bağlı S.Cəfərovla əlaqə saxlayıb. Xalq artisti bu barədə danışmaq istəmədiyini bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub