"Hə dostlar, belə-belə işlər. Məni bu günə qədər çox dəstəklədiniz, 5 nəfərə qarşı olanda tək qoymadınız, səslər göndərdiniz, amma bu son gündə mən artıq sizdən səs istəyə bilməzdim. Var olun, sizi çox sevirəm".
Mynews.az-ın məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqram səhifəsində yazıb. "Maşın"dan əlini götürüb gedən aktrisa təəssüratlarını bölüşüb:
"Gələk oyuna... Özümü getməyə o qədər hazırlamışdım ki, hətta sonda deyəcəyim sözləri belə fikirləşmişdim. Bilmirəm Roza xanım hansı verdiyi sözdən, hansı dostluqdan danışırdı. Amma bir onu bilin ki, mənim orada dostum yox idi, sadəcə düzgünlüyə oynadım. Sonra əlimi götürdüm, çünki getmək istəyirdim. Uranın hədəfi sona qədər mən idim. Onun əli ilə yox, məhz öz əlimlə getmək istədim və buna nail oldum. Onsuz da məni çıxaracaqdı. Əsas başı dik çıxdım adım çəkilmədən. 5 günlük mübarizəm, açdığım üzlər bu gün özünü göstərdi.
Aytən xanıma deyilən söz isə yanlış anlaşılmasın. “Çəkin qədər üzün var” deyərkən, əsla onun çəkisi nəzərdə tutulmamışdı. Ağırlıq demək istədim, həyəcanıma verin. Məhz təhsilinə, savadına, dünya görüşünə görə idi. İstənilən halda bu oyun idi və mənim də məqsədim bu günə qədər gəlib öz missiyamı yerinə yetirmək idi.
Mən o maşını yox, itirdiyim reputasiyanı geri qaytarmaq istəyirdim. Tək mübarizəmi apardım və tək çıxdım. Heyif ki, mən əlimi götürdüm, amma Aytən yenə çıxarıldı. Kaş ki, mübarizə sabah davam edərdi. Oldu keçdi".