"Maşın" şounun 16-cı buraxılışı gözlənilməz hadisələrlə yadda qalıb.
Mynews.az xəbər verir ki, bunlardan biri də bugünki verilişdə nümayiş olunub.
Belə ki, ən çox şəkli atılan Uran səs toplayıb oyundan Pərvin Abıyevanı çıxarmaq fikrində idi. Lakin Roza Zərgərli Aytən Səfərova və Pərvin Abıyevaya üz tutaraq, "Kim əlini mənə görə maşından götürər?", "Kim əsl dostdur?" deyib. Buna cavab olaraq Pərvin əlini maşından götürüb və bildirib ki, o, heç vaxt ikiüzlü oyun aparmayıb.
Abıyevanın bu jestinə bəzi məşhurlar biganə qala bilməyiblər. Onlar hisslərini sosial mediada bölüşüblər.
Aktyor Cavidan Novruz aktrisa ilə birgə çəkilmiş şəkli paylaşaraq yazıb:
"Qara pələngim, panteram mənim, oradakılara və bəzilərinə kişilik dərsi keçdin".

Rejissor Kənan M.M. də Abıyevanın addımını alqışlayıb:
"Mənim dişi aslanım, birdənəsən, düz elədin. Aslanlar tək-tək gəzər. Pərvin Abıyeva sən 100000000 kişiciklərə dəyərsən. Hər kəsə sənin kimi mərd dost arzu edirəm".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub