Reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva məhkəmədə qalib gəlib.
Mynews.az-ın məlumatına görə. Axşam.az-a açıqlama verən Anjelika bildirib ki, məhkəmə qərarına əsasən, reper övladlarına aliment ödəməlidir:
“Anar artıq neçə ildən sonra övladlarıma aliment ödəyəcək. Uşaqlarımın haqqını tələb etdim və məhkəmədə qalib gəldim. Hər övladıma ayda 154 manat pul ödəniləcək. Bundan sonra daha bir iddia qaldıracam. Bu isə uşaqlarımın evlə təmin olması olacaq. Keçmiş qayınatam Rizvan Cəbiyev deyir ki, Anarın evi yoxdur. Amma Anar evlənəndə dövlət başçısı onu evlə təmin etmişdi. Rizvan bəy sonra o evi satdı və özünə başqa ev aldı. İnanıram ki, növbəti məhkəmədə də qalib gələ biləcəm və övladlarımı yaşamaq üçün evlə təmin edə biləcəm”.
Anjelika keçmiş qayınatasının onu “Bandotdel”ə şikayət etməsi məsələsindən də danışıb:
“Rizvan bəy məsələ ilə bağlı o qədər yerlərə zəng vurur, adamlara tapşırtdırır ki... Məsələ ilə bağlı tam qərar çıxmayıb. Amma orada da mənim günahsız olduğum sübut edilmişdi”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub