“Yeni və köhnə işimə qayıtdım... Hər şey yaxşıdır, yeni layihələrə hazırlaşırıq. Bu yay çox gərgin olacaq. Mənə etimad göstəriblərsə, komandamla birləşib musiqili-əyləncəli bir layihələr təqdim edəcəyik”.
Mynews.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında aparıcı, bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva deyib.
O, yeni işindən, İctimai kanalda edəcəyi yeniliklərdən danışıb. L.Quliyeva "Tamaşaçılar sizi yenidən İTV-də aparıcı kimi görə biləcək" sualına belə cavab verib:
“Əlbəttə... Canla-başla edəcəm. Beynimdə olan layihələrimi köhnə həmkarlarımla birlikdə reallaşdıracağıq. Peşəkar kadrların öz yeri var, amma bacarıqlı işçilər də gətirəcəyik.
Sırf yeni verilişlərimiz də olacaq. Tamaşaçıların sevdiyi proqramları da yeni formatda görəcəksiniz”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub