Əməkdar artist Röya Ayxan məhkəməlik olduğu Aygün Bəylər haqda paylaşım edib.
Mynews.az xəbər verir ki, sosial media hesabında Aygün Bəylər və qızının fotosunu paylaşan ifaçı onu bağışladığını bildirib:
“Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Anamın, atamın önündə alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancıma haram dedin.
Səni o gün izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq yaradandan sənə cavab verməsini istədim. Amma o an unutdum ki, sənin qızın var və mən doğularkən yaşadığımın 50 faizini o da yaşayıb.
Günahlarımız onların boynuna yazılar deyirlər, bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Mən səni bağışladım, Allah da səni bağışlasın. Üzünüzü güldürsün”.
Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi.
Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşımışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub