“Maşın” realiti şousunun iştirakçıları, aparıcılar Aytən Səfərova və İlhamə Bədəlova arasında qalmaqal davam edir.
Mynews.az xəbər verir ki, onlar bu dəfə ağciyərində onkoloji şiş tapılan Hacı Nuran Hüseynova görə söz davasına çıxıblar.
Belə ki, Səfərova “Instagram” hesabında xəstəxanada Hacı Nuranla şəkil çəkdirənləri qınayıb:
“Hacı, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər”.
Aytənin bu paylaşımına reaksiya verən İlhamə isə ona rəy bölməsində cavab verib:
“Aytən Səfərova, xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiniz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər.
“Baxıram... sanki əsas şəkil çəkdirməkdir e, sən yox...” sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir! Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi ilədir.
Xoşniyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır. Bacı olsaydınız, gələrdiniz. Allah dostumuza şəfa versin”.
Aytən isə həmkarını “Əziz Peyğəmbərimiz belə işləri reklamsız, aləmə car çəkmədən bəyənərdi. Xəstələrin ziyarət edilməsi Peyğəmbər əxlaqındandırsa, bunun aləmə car çəkilməməsi ikiqat Peyğəmbər və imanlı əxlaqından irəli gəlir. Kənardan isə mən dediyim kimi görünür”, - cavabını verməklə susdurmağa çalışıb.
İzləyicilər Aytəni dəstəkləyərək, İlhaməni tənqid ediblər.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub