Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb.
Mynews.az-ın məlumatına görə, sənətçi bu haqda özü xəbər verib. O bildirib ki, artıq övladlarını tək böyüdəcək:
"Bu gün ayrılığımı təsdiqləyirəm. Çox çırpındım bu ailənin dağılmaması üçün. Amma tək gücüm bu qədər yetdi. Allah bundan sonra balalarıma görə güc versin onları böyüdüm. Çünki bu yaşda mən yiyəsizliyə dözə bilmirəm, onlar nə edər? Təşəkkür edirəm gözəl sözlərə, arzu dualarınıza görə".
Qeyd edək ki, bir neçə gün əvvəl saytımızda Sevdanın ərindən ayrılması xəbəri yazılmışdı. Müğənni isə ötən gün həyat yoldaşı ilə fotosunu paylaşaraq xəbərin yalan olduğunu bildirmişdi. Bu gün isə o, ayrıldığını təsdiqləyib.
Xatırladaq ki, bu, Sevdanın ikinci nikahıdır. Sənətçi birinci həyat yoldaşı ilə cəmi 2 ay evli qalıb. Daha sonra isə Cəmil bəylə ailə qurub. Onun ilk evliliyindən bir oğul, ikinci nikahından isə bir qız övladı var. İfaçı Cəmilin anası ilə dəfələrlə qalmaqal yaşamışdı. Xanım Sevdanı oğlunun ailəsini dağıtmaqda günühlandırırdı.

Sevdanın ötən gün İnstaqramda yayımladığı fotosu:

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub