ARB Ulduz-un "Virtual həyat” verilişinin qonağı olan tanınmış meyxanaçı Pərviz Bülbülə maraqlı açıqlamalar verib.
Pərvizin ilk sözündən belə aydın oldu ki, duet ortağı məsələsində o qədər də maraqlı deyil:
"Oxuduqlarım özümə lazım deyil, özümə lazım olsa, heç kimlə duet oxumaram. Mənə nə Damla, nə Türkan lazımıydı, nə də hansısa meyxana deyən ki, onlarla duet oxuyum. Yazdıqlarım mənə lazım deyil. Mən onların qara qaşına, qara gözünə aşiq olmamışam. Camaata lazımdır ifalar. Allah hamının işinini avand eləsin. Kimin niyyəti haradırsa, mənzili də ora olsun”.
Bəziləri düşünür ki, Türkan qəza keçirdikdən sonra meyxanaçı xəstəxanaya onu zayarətə getməyib:
"Türkanın qəzadan sonra yanına getməmək mümkün olan şey deyil ifadəsi ilə tam razı deyiləm. Bu, vacibat deyil. Bu, elə böyük mövzu deyil. Amma normal münasibətə qayıdanda, əlbəttə, getmək lazımdır. Bilirsiz nəyə öyrəşmişik, əsas məsələ qalır kənarda, tapıntı qalır kənarda, həmin tapıntıya baxıb şirinliyi duymaq yerinə, gör gedib haralara çıxırıq. Filankəs deyir oxu, oxuyuram, filankəs deyir, meyxana de, deyirəm. Allah ikisinin də canını sağ eləsin. İkisi də ruzi verir, mən də aparıram övladım üçün. Hamının dərdi, səri qalıb bir kənarda. Düşüblər ortalığa kimi Pərviz oxuyur ey. Əcəb edirəm oxuyuram. Mən hansı səviyyəsizliyi edirəm? Mən ailə məclislərində oluram. O qədər səviyyəsizlik, düşüklük edərəmmi ki, camaat məni ailəsinin olduğu məclisə çağırsın. Bunu bilirsiz kim deyə bilər ki, ay Pərviz elə, Pərviz belə, ancaq adamın əlindən hirsli olan və adama qarşı pis fikri olan deyə bilər. Başqa heç kəs deyə bilməz”.
Pərviz Bülbülə ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan” verilişində izləyə bilərsiz.
Qeyd edək ki, "ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.