Səhər çox sevdiyim bir neçə dostum mənə dedi ki, səninlə bağlı xəbərlər yayılıb. Məlumatı yazan saytları mən oxumuram. Çünki o xəbəri yayanlar reketliklə məşğuldu, Mətbuat Şurası da elə onları qara siyahıya salıb. Bu səbəbdən Azərbaycandan o saytlara girməyə qadağa qoyulub. Bu açıqlamanı dostlarıma görə verirəm. Narahat olmayın, o boş xəbərlərə də inanmayın.
Mynews.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli İnstaqram səhifəsində yazıb. Sənətçi bir neçə mediada yolların ona görə bağlanması, yol polislərinin müşayiəti ilə hərəkət etməsi barədə məlumatları təkzib edib:
"Guya, polis məni müşayiət edib, mənə görə yol bağlanıb? Başa düşmədim! Mən kiməm? Dövlət məmuruyam, nazirəm? Mənə görə yol niyə bağlanmalıdır? Mən Azərbaycan qanunlarına riayət edən bir vətəndaşam. Kimin nə həddinə ki, ölkə qanunlarını poza? Kimin nə həddinə ki, məni qanunu pozan biri kimi qələmə verə, mənə şər ata? Ay gözəl insanlar, tam dəqiqliyi ilə deyirəm ki, belə bir şey olmayıb!!! Siz hər ağıldankəmin xəbərinə inanırsınız?"
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub