"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişinə qatılan azərbaycanlı gəlin namizəd Naz Mila hər kəsi təəccübləndirib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, Naz Əlini sevdiyini və onunla barışmaq istədiyini desə də, qarşı tərəf onunla yenidən münasibətə başlamaq istəmədiyini söyləyib.
Proqramın sonuncu buraxılışında Naz canlı yayıma gələrək qeyri-adi hərəkətlər edib. Qəfildən ayağa qalxan Naz göbək rəqsi oynayıb. Onun bu addımını hamı qınayıb. Naz proqramdakı digər namizədlərlə dava etməyə başlayıb.
Əli Nazın efirdə rola girdiyini söyləyib:
"Çıxır gedir, sonra verilişə gələrək bir az özünü göstərməyə çalışır. Psixoloji vəziyyətin pisdirsə, xəstəxanaya get, bizi əsəbiləşdirmə. Belə hərəkətləri ilə gözümdən düşür. Efirdə pisəm deyir, gedib sosial şəbəkədə rəqs edən videolarını paylaşır, gülür əylənir. Onu verilişdə yenidən görəndə düşündüm ki, indi görəsən hansı oyunu oynayacaq. Nazın tək səbəbi sosial şəbəkədə izləyicilərinin sayını artırmaqdır. Danışığına, hərəkətlərinə fikir vermir. Gəlib efirdə ağladıqdan sonra, kənarda necə gəzir, əylənir?".
Naz isə Əlini hələ də sevdiyini bildirib:
"Mənim sevdiyim və məni sevən adam gözümün qabağında başqa namizədlər qəbul edir. Mənim yanımda belə addım atmamalıydı, mənim qürurum var. Bütün günü oturub ağlamayacam ki... Rəqs etmək eyib deyil".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub