Afaq Aslan azərbaycanlı "qanuni oğru", hazırda Türkiyədə yaşayan "Lotu Quli" ləqəbli Nadir Səlifovla sevgili olduğu barədə aylardır dolaşan söz-söhbətə nöqtə qoyub.
Mynews.az bildirir ki, Müğənni Milli.Az-a şəxsi həyatı ilə bağlı danışarkən həqiqəti etiraf edib:
- Sevdiyim insan mənim ürəyimin "karol"udur. Mən sevdiyim insanla və şəxsi həyatımla bağlı nə mediaya, nə də insanlara açıqlama verməyi sevmirəm. Düzdü, insan ictimailəşən insan olanda, məşhur olanda, insanların maraq dairəsində olanda onun şəxsi həyatı da hər kəsin maraq dairəsində olur, hamı bilməyə çalışır ki, görəsən, Afaq kimi sevir! O, mənim ürəyimdə özünə məxsus yeri olan və hər kəsdən gizli saxladığım "Karolum"dur, sevgi azaddır.
Hələm-hələm hər insanın asanlıqla əlinin çata biləcəyi bir insan deyil sevdiyim şəxs. Asanlıqla hər kəs üçün əlçatan insanlar mənim diqqətimi çəkə bilməz, mənim qəlbimi yalnız əlçatmaz insanlar fəth edə bilər.
Ona aşiq olmağına səbəb olan cəhəti?
- Mən bilirsiniz necə bir insanam? Dünya malında zərrə qədər olsun gözü olmayan bir insanam. Mən hisslərimlə, duyğularımla yaşayan ruh insanıyam. Kişi olar ki, mənə aşiq olar, qarşıma milyonlar qoyar, mənə dünyanı vəd edər, amma diqqətimi çəkməz. Amma kişi olar ki, o qədər yüksək mədəniyyətə sahib olar, daxili dünyası o qədər zəngin olar ki, xanımla "prinsessa" kimi rəftar edər, xanım özünü, sözün əsl mənasında, "karol"un yanında olan bir "prinsessa" kimi hiss edər və o insanın varlığından zövq alar. Bax mən əsl kişi ona deyirəm ki, qadını var-dövlətinə yox, ürəyinə aşiq edə bilsin.
Bu insanın kriminal aləmin də "karol"u adlandırmaq olar?
- Xeyr, o, mənim qəlbimin "karol"udur.
O kriminal aləmin üzvüdür? Şayiələr gəzir ki, bu şəxs Lotu Qulidir.
- Xeyr, sevgi aləminin üzvüdür.