Xəbər verdiyimiz kimi 26-29 iyul tarixlərində Bakıda "Jara-2018” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Sözügedən musiqi festivalında isə erməni əsilli müğənni Zara Mgoyanın iştirak etməsi heç də birmənalı qarşılanmayıb. Belə ki, Zara Mgoyanın şəxsi "İnstagram” hesabından qondarma erməni soyqırımı ilə bağlı etdiyi paylaşımı da izləyicilərdə qəzəb doğurub.
Mynews.az xəbər verir ki, bizimyol.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinə məxsus 012 498-18-26 nömrəsindən zəngimizə cavab verən və özünü təqdim etməkdən imtina edən əməkdaş bildirib ki, Mədəniyət və Turizm nazirliyi "Jara” musiqi festivalının keçirilməsinə cavabdeh deyil.
Bu festivalla bağlı məsuliyyəti "Jara” musiqi festivalının təşkilatçıları daşıyır.
Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovla əlaqə yaratmaq üçün 012-498-2062 nömrəsinə zəng etdik, zəngimizə cavab verən və soyadını söyləmək istəməyən Məhəmməd adlı şəxs İntiqam Hümbətovun yerində olmadığını bildirdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub