Erməni müğənni Zara Mqoyanın adı Bakıda keçiriləcək "Jara" festivalının siyahısından çıxarılıb.
Son günlər "Jara" festivalı çərçivəsində erməni əsilli müğənni Zara Mqoyanın Bakıda konsert verəcəyi ilə bağlı xəbərlər heç də birmənalı qarşılanmırdı. Xəbərin sosial şəbəkələrdə böyük tənqid atəşinə tutulması təşkilatçıları geri addım atmağa vadar edib.
Belə ki, festivalın rəsmi saytında (zhara.az) Mqoyanın adı Bakıya gələcək qonaqların sırasından çıxarılıb.
26-29 iyulda Nardaran qəsəbəsində yerləşən "Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək festivalla bağlı detalları dəqiqləşdirmək istədik. Əvvəlcə festivalın saytında yerləşdirilən əlaqə nömrəsinə zəng etdik. Telefona cavab verən olmadığı üçün ardınca "Sea Breeze Resort”la əlaqə saxladıq. Dəstəyi götürən xanım artıq 26 iyul üçün bilet qalmadığını bildirdi. Qonaqlarla bağlı sualımıza isə belə cavab verildi:
"Qonaqların siyahısına festivalın saytından və instagram səhifəsindən baxa bilərsiz. Siyahıda kimin adı varsa, o da gələcək. Bizdə başqa məlumat yoxdur".
Festivalın saytında yerləşdirilən 81 nəfərlik siyahıda Zara Mqoyanın adı olmadığı üçün məntiqlə onun səfərinin təxirə salındığını demək olar.
Qeyd edək ki, festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub