Ötən həftə sevgilisi Umut Evirgenle çimərlikdən fotoları yayılan türkiyəli aktrisa Tuba Büyüküstün tənqid olunmuşdu.
Mynews.az xəbər verir ki, izləyicilər aktrisanın iki qız anası olduğunu dilə gətirib, Tubaya bu hərəkəti yaraşdırmamışdılar.
Fotolara görə ailəsi ilə problemlər yaşayan sənətçi gələn tənqidlərə “Instagram” hesabında cavab verib.
“Əziz, insanlar, tənqid etməyi çox sevirsiniz: Bu, sizə özünüzü olduğunuzdan daha yaxşı bir insan kimi göstərir? Daha uğurlu, daha yaxşı həyat yoldaşı, daha yaxşı bir övlad, daha yaxşı bir valideyn kimi?
Daha da önəmlisi özünə hörmət edən biri kimi? Olduğunuzdan daha da günahsız sayılırsınız? Daha da xoşbəxt olursunuz? O zaman, xahiş edirəm, davam edin. Mən sizə ayna olmağı qəbul edirəm”, - deyə Büyüküstün bildirib.
Qeyd edək ki, iş adamı Umut Evirgenlə aktrisanın münasibəti ötən ildən başlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub