Müğənni Damla geyimlərini satışa çıxarıb.
Mynews.az xəbər verir ki, müğənninin çəkilişlərdə və səhnədə istifadə etdiyi geyimləri satmaq üçün xüsusi “Instagram” səhifəsi də açılıb.
Paltarları onun prodüseri satır.
Geyimlərin satış qiyməti 50 manatdan başlayır.
İfaçı dəyəri 1000 manat olan geyimləri 200-300 manata təklif edir.
Qeyd edək ki, dünya praktikasında bir çox müğənni bu addımı atıb.
Qardaş ölkə sayılan Türkiyədə isə müğənni Ebru Gündeş geyimlərini satışa çıxarıb. Satılan paltarların gəlirləri isə mütəmadi olaraq xeyriyyə işlərinə xərclənir.
Lakin Damlanın səhifəsində geyimlərin hansı məqsədlə satılması barədə heç bir məlumat yer almayıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub