"Bir mahnını bir neçə müğənni oxuya bilər və bu da müxtəlif cür səslənər. Məsələn bu yaxınlarda müğənni Azad Şabanov "Карие Глаза" mahnısını oxudu. Çox da gözəl alınıb".
Bu sözləri xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişində deyib. Sən demə sənətçi də bir zamanlar indi küsülü olduğu xalq artisti Flora Kərimovanın oxuduğu mahnını yenidən ifa edib:
"Mən bəstəkar Eldar Mansurovun "Gecələr keçir" mahnısının 3-cü ifaçısıyam. Onu ilk ifa edən jurnalist Sevil Nuriyeva olub. Daha sonra xalq artisti Flora Kərimova oxuyub. Heç kim inciməsin, bu mahnı mənim ifamda daha çox sevildi".
Məclislərin birində lentə alınmış videoda isə F.Kərimova, "Bu ifadan sonra, mən öz ifamdan keçdim" sözlərini deyib, çox bəyənib. Həmin video ortalığa çıxıb, maraq doğurub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub