“Avqustun 4-də qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbaz ilə məşhur reper Hüseyn Dərya arasında düşmənçilik olmayıb. Sadəcə onların arasında inciklik olmuşdu”.
Mynews.az xəbər verir ki, bu açıqlamanı Azərbaycanın tanınmış təşkilatçı-prodüseri Samir Xəttab baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hər iki reper ilə dost olub.
“Həm Hüseyn Dərya, həm də Anar Nağılbaz ilə 2002-ci ildən dostluq edirdim. Arzum idi ki, onların ikisinin də iştirak etdiyi konsert təşkil edim. 2011-ci ilin yay ayında “Maşın şou” keçiriləndən sonra hər ikisilə razılığa gəldim. Beləliklə də, Nabranda konsert təşkil etdim. Həmin gecə onların ikisi də orada idi”, - deyə Samir Xəttab bildirib.
Onun sözlərinə görə, heç kim inanmırdı ki, onların birlikdə konsertdə iştirak edəcəklər: “Buna heç kim inanmırdı. Lakin konsert baş tutdu və həm Hüseyn Dərya, həm də Anar Nağılbaz həmin konsertdə iştirak etdi”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub