Aparıcı, aktyor Sərxan Kərəmoğlu görkəmində xeyli dəyişiklik edib.
Mynews.az-ın məlumatına görə, aparıcı 20 kiloqram arıqlayıb: "Bir ilin içində 89 kiloqramdan 69 kiloqrama düşdüm. Heç vaxt yalan danışmamışam, idmana getmədim. Bir gün Abbas Bağırovla çəkilişdə idim. O, Sevda Yahyayeva ilə birlikdə mənim verilişimdə idi. Ona baxıb çox bəyəndim, arıqlamağı ona çox yaraşırdı. Soruşdum ki, Abbas, tək idmanla arıqladın? Kinayə ilə güldü ki, sən belə arıqlaya bilməzsən. Həmin gün qarşıma məqsəd qoydum, çörək, çərəz, kərə yağı, şəkər və un məmulatlarına son verdim. Heç əziyyəti olmadı, 2 aya 6 kiloqram arıqladım, davamı da getdi. Əvvəl bir az başgicəllənməsi oldu. Hətta arada təlaş da keçirirdim, amma istəyimə çatdım. Bəzi şeylər var ki, səhnə onları qəbul etmir. Biz isə, səhnəyə, toya və insanlar qarşısına çıxırıq. Bizə çörəkpulu verən xalqımıza hörmət naminə baxımlı olmalıyıq”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub