Rejissor Nail Naiboğlunun “Stop” layihəsinin növbəti qonağı Sevda Əliqızı olub.
Mynews.az-ın məlumatına görə, ifaçı keçmiş duet ortağı xalq artisti Səməd Səmədovdan gileylənib. O bildirib ki, Səmədə görə müğənni Bəsti Sevdiyeva ilə münasibətləri korlanıb:
“Rühəngiz Allahverdiyeva Səmədlə ayrılandan sonra Bəsti gəldi. Oldular düşmən. Mən gələndən sonra isə Bəsti mədən üz çevirdi, qısqanclıq yarandı. Səmədlə başqa bir münasibətimiz oldu və ayrıldıq. 15 il birlikdə nə qədər iş gördük. Səməd haqqımda dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm. Bu da aramızda qalmaqal yaratdı. Daha sonra isə mənə xəbər göndərdi ki, otursun evdə, ona pul göndərərəm. Mən qocayam, dilənçiyəm, pensiyaya çıxmışam, nəyəm? Çox əsəbi oldum, səhəri yazdım ki, hər ay gətir min manat ver. Başladılar hər yerə yaydılar ki, Sevda reketdir”.
Sevda efirlərdə az-az görünməyinin səbəbini açıqlayıb:
“Mən də istəyirəm tez-tez efirə çıxım. Bir neçə dəfə özüm müraciət etmişəm. Deyiblər, çağiracağıq, amma etməyiblər. İkinci dəfə zəng vuranda deyiblər ki, pul ödəməlisən. Axı mən efirə dünən çıxmamışam, 38 ildir səhnədəyəm”.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1053 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1016 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1007 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1005 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
982 dəfə oxunub