Məşhur xanımlardan Vüqara reaksiya: On bir ildir mənə “bacı” deyir

685
Məşhur xanımlardan Vüqara reaksiya: On bir ildir mənə “bacı” deyir

Müğənni Vüqar Muradovun “şou-biznesdə olan xanımların mənə “qaqaşım”, “qardaşım” deməsinə qadağa qoyuram” fikirləri müzakirəyə səbəb olub.

Mynews.az-ın məlumatına görə, Oxu.Az məsələ ilə bağlı xanım məşhurların fikirlərini öyrənib.

Müğənni Dilarə Kazımova qeyd edib ki, Vüqar haqlıdır:

“İnsanlar eyni fikirdə olmaq məcburiyyətində deyillər. Şükür Allaha ki, demokratik, savadlı, gözəl respublikada yaşayırıq. Vüqar bəyin fikridir, ona böyük hörmətlə yanaşıram. Ümumiyyətlə, yersiz səmimi hərəkətləri özüm də bəyənmirəm.

Bəzi insanlar var ki, birinci salamdan, birinci əl sıxmaqdan sonra “sən”ə keçib özünü dərhal yaxın hiss edir. Ona görə də Vüqar bəyin sözlərinə dəstəyəm”.

Aparıcı Könül Muxtarova isə Vüqarın sözü hər kəsə aid etmədiyini deyib:

“Əslində, hər qoyun öz ayağından asılır. Hamıya aid etmədiyi də aydındır. Amma bu insan kimisə təhqir etmir. Özünə aid olan fikri yazıb. Bəlkə də, heç o xanımlar da bu haqda düşünməyib.

Sadəcə, tez-tez istifadə olunur deyə, ona “qaqaş” deyib. Bizim bir-birimizlə illərdir doğma münasibətimiz var. Bəlkə də, 2-3 xanımdan biriyəm ki, Vüqar, həqiqətən, mənə “bacı” deyir”.

Müğənni Sevda Sanaliyeva isə məsələyə başqa cür yanaşıb. O bildirib ki, Vüqar kimi ifaçılara görə şou-biznes nümayəndələri qınaq obyektinə çevrilir:

“Ailədə söz-söhbət olur. Çalışırıq ki, həmişə söz evdən kənara çıxmasın. Şou-biznes də ailədir. Nə qədər ki özümüzü biabır edəcəyik, özümüzə belə sözlər deyib kənara eşitdirəcəyik, güldürəcəyik, hamının dilinə söz vermis olacağıq.

Deyəcəklər ki, istəmir filankəsə bacı desin, çünki o, pozğundur. Hamıya bunu aid etmək düzgün deyil. Hər yerin yaxşısı da var, pisi də. Layiq olanı da, olmayanı da var. Meşə çaqqalsız olmaz. Ən yaxşısı bu olar ki, kimə iradı varsa, sözünü ona desin”.

Qeyd edək ki, Vüqar Muradov fikirlərində “Axirətdə bacım olasınız” ifadəsinə yer vermişdi:

“Sənət dostu, tanış və s. ola bilərik, çoxunu ağır söz deyib sındırmaq da istəmirəm. Amma bu qədər də olmaz axı, kim sizi bacı kimi qəbul edirsə, özü bilər. Axirətdə bacım olasınız”.

Xəbər lenti