Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şərqdə içki içən ilk qadın müğənni - Mətanət Əsədova

İki gündür sosial şəbəkələr susmur, paylaşım paylaşım arxasınca gəlir.

Nədi-nədi Mətanət Əsədova araq içib. Pay atonnan, böyük şey olub! Biz heç içki içən, siqaret çəkən müğənni görməmişik axı...

Gözümüzü açan gündən müğənnilərimiz əli “Quran”lı, başı hicablı, namaz qılan olublar.

Onlar içki nədir, heç içkinin olduğu masaya belə yaxınlaşmayıblar. Biz belə görmüşük, böyüklərdən də belə eşitmişik.

Bu günlərdə isə şərqdə spirtli içki içən ilk qadın müğənnini görmək bizi qıcıqlandırıb, əsəblərimizi cilovlaya, hisslərimizə hakim ola bilməmişik. Dünəndən susmuruq. Öz gözümüzdə tiri görmürük, Mətanəti bir çöpə görə, boğub öldürmüşük.

Mətanətin səhvi içki içməkdə yox, yanlış məkanda, yanlış insanlarla olmasıdır. Bir də çıxıb, “içki deyil, limon suyudur” deməsi.

İçmisən? Kimə nə?! Çıx, de ki, ata, içmişəm, əcəb etmişəm!

Amma etmədi, özünü müdafiə etməkdən çəkindi...

Bir tərəfdən də düşünəndə Mətanətin “darısqal” beyinlərin qurbanı olduğunu görüb, bu addımı atmamağını qınamaq olmur.

Hər nə qədər həmkarları dəstək olsa da, Mətanət anlayıb ki, bu vəziyyətdən və camaatın dilindən onu heç əmisi oğlu Eynşteyn də qurtara bilməz.

İndi neyləyək? Onu asaqmı? Yaxud bu videonu ictimailəşdirən “kişi”nimi asaq? 

Və ən önəmlisi, insanları düşündürən bir sual var – bu videodan sonra Mətanəti kim alacaq?

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...