“Özümə bəzi qadağalar qoymuşam. İçki içmirəm. Sevgiyə həyatımda “stop” qoymuşam. Hər kəs mənfəətçidir. Fikirləri odur ki, gəlib pul yesinlər. Deyirlər maşını, evi var, gəlim yeyim. O qədər alfons çıxır qarşıma. Yaman evlənmək istəyənlərim çoxalıb, hamısı da alfonsdur”.
Mynews.az-ın məlumatına görə, bu sözləri aktrisa Leyla Hümbətova Nail Naiboğlunun “Stop” verilişində deyib. Leyla bildirib ki, onunla evlənmək istəyənlərin sayı çoxdur. Amma onların əksəriyyəti alfonsdur.
O, haqqında deyilən bir çox şayiələrə də aydınlıq gətirib. O, “Deyirlər, Leylanı Türkiyədən qovublar” sualına belə cavab verib:
“Elə bir şey yoxdur. Hətta bu yaxınlarda eşitdim ki, məni Azərbaycandan da departasiya edirlər. Bunlar hamısı şayiədir. Ruhi xəstəxana olmayıb. Mənim elə sevgilim var idi ki, məni evdən buraxmırdı. Evbimiz elə ruhi xəstəxana idi”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub