Müğənni Sərxan Kərəmoğlu aparıcısı olduğu “Xoş gəldin” verilişində həmkarı Mətanət Əsədovanın ünvanına sərt sözlər deyib.
Mynews.az xəbər verir ki, ifaçı Mətanətin ünvanına sosial şəbəkələrdə tənqid yazanlara dəstək olub:
“Sosial şəbəkələrdə Mətanət xanımın ünvanına təhqir yazanlara müraciət edirəm. Təhqir yazmaq acizlikdir. Amma tənqid yazan hər kəsin əllərindən öpürəm. Düzgün edirsiz. Tənqid yazarsızsa, biz ondan nəticə çıxararıq”.
Kərəmoğlu eyni zamanda Əsədovanı yayılmış videoya görə qınayıb:
“Mətanət xanım, dediyim sözün üstündə dururam. Sizin çox gözəl sənətiniz var, ifa etdiyiniz boğazlar bu gün heç kimdə yoxdur. Allah o vergini yalnız sizə verib. Amma mən aktyoram, siz mənim qarşımda aktrisalıq edə bilmərsiniz. Mən insanın səs tembrından tuturam ki, bu insan mənə telefonda aktyorluqmu edir, ya həqiqəti danışır. Birincisi, sizi telefona çəkən insanı və orada oturanların kim olduğunu mən bilirəm, çox gözəl tanıyıram. Video sizi çəkən insan tərəfindən sosial mediaya yayılmayıb. Bu necə yayılıbsa, onu siz yaxşı bilirsiniz. Bizim qarşımızda artistlik etmə. Bilirsən ki, xalqı aldatmaq olmaz. İçki içmisiz, içməmisiz, dediyinizə görə limon suyudur, olsun, amma sizin yanınızda oturanlar içki içibsə və söyüş söyürsə, buna gücünüz çatmırsa, qalxıb məclisdən getməli idiniz. Amma siz getmədiz. Deməli, etdiyiniz hərəkət Azərbaycan qadınının adına böyük ləkədir. İkincisi, muğam oxumusuz, orada sizə zarafatyana sözlər deyilib. Siz dərhal muğam oxumağı dayandırmalı və yenə çıxıb getməli idiniz. Bizim muğam və musiqi sənətimizi siz təhqir etmisiniz, orada əyləşən insanlar yox”.
Qeyd edək ki, sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın içki içərkən çəkilmiş videosu yayılıb. Görüntüdə M.Əsədova bir neçə üzü görünməyən kişilərlə bir masada əyləşib. Həmin şəxslər içkinin təsirindən söyüşlər söyüblər.
Sosial şəbəkə istifadəçiləri müğənninin spirtli içki içməsini tənqid edib. Video yayıldıqdan sonra həmkarları Mətanət Əsədovanı müdafiə, görüntünü yayanı isə sərt tənqid ediblər.
Daha sonra açıqlama verən sənətçi spirtli içki deyil, limonlu su içdiyini bildirib.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1053 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1016 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1007 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1005 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
982 dəfə oxunub