Tanınmış aparıcı Könül Muxtarova avtomobil qəzasına düşüb.
Mynews.az-ın məlumata görə, avtomobili əzilən Könül qəza zamanı bərk stress keçirib.
Boynundan və bədəninin müxtəlif hissələrindən zədə alan aparıcı saytımıza açıqlamasında dəhşətli ağrılar keçirdiyini bildirib:
“Həmin an şokda idim. Məni taksiyə qoyub evə göndərdilər. Dodağım partladı, ciddi deyil deyib fikir vermədim. Üzüm də şişmişdi. İki gündür boynumda dəhşətli ağrılar var. Burnum da göyərib. Maşınım isə əldən gedib. Çox pis vəziyyətdədir”.
Qeyd edək ki, Könül Muxtarova “Lider” TV-də yayımlanan “7 gün”, “Fortuna” kimi verilişlərinin aparıcısıdır.
Oxu.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub