Hamiləliyin son aylarını yaşayan Oksana Rəsulova imkanlı şəxslərdən kömək istəyib.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, rəqqasə-aktrisa aktyor Murad Məmmədovun xəstə övladı üçün bu addımı atıb.
Oksana aktyorun 1 yaşlı oğlu Məhəmmədin fotolarını sosial şəbəkədə paylaşaraq bunları yazıb:
"Dostlar! Xüsusən də imkanlı şəxslər! Bu körpənin yardıma ehtiyacı var. Uşağın atası bizim dostumuz aktyor Murad Məmmədov Rus Dram Teatrının aktyorudur. "Zaman adlı qatar" filmində mənim tərəf müqabilim olub. Allah xəstə balalara can sağlığı versin".
Onun bu hərəkəti izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, istedadlı aktyor, "Əli və Nino" tamaşasında Əli obrazını canlandıran Murad Məmmədovun 1 yaşlı oğluMəhəmmədin qara ciyərində törəmə yaranıb. Onun dəqiq müayinə və müalicəsi üçün köməyə ehtiyac var. Aktyorun atası da bir il öncə bu xəstəlikdən vəfat edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub