Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti olub. Mynews.az-ın məlumatına görə, “Ulduzlar bir arada” adlı konsertdə tamaşaçıların çox sevdikləri Manana, Aygün Kazımova, Ədalət Şükürov, Tünzalə Ağayeva, Murad Arif, Zülfiyyə Xanbabayeva, Malik, Röya, Miri Yusif və başqaları çıxış ediblər.
Konsertdə müasir Azərbaycan estradasının ən məşhur hitləri səsləndirilib. Bu konsert həm də maraqlı duetlərlə yadda qalıb. Tünzalə Ağayeva və Murad Arifin, Zülfiyyə Xanbabayeva və Malikin, Röya və Miri Yusifin duetləri alqışlarla qarşılanıb.
Bir-birindən coşqun ifaları izləyən uşaqlar, gənclər və yaşlılar, eləcə də paytaxt sakinləri və qonaqlar incəsənət ustalarının səsinə səs veriblər, onlarla birlikdə rəqs ediblər.
“Ulduzlar bir arada” adlı konsert proqramı xəfif mehli bu yay axşamında tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub