Müğənni Natavan Həbibi dənizkənarı istirahət mərkəzlərinin birində konsert verib.
Mynews.az-ın məlumatına görə, müğənni gecədə fərqli görünüşdə tamaşaçıların qarşısına çıxıb. Belə ki, uzun müddətdir kəkillə və qısa saçla dolaşan ifaçı onları uzadıb. Natavanın əvvəlki halına qayıtması izləyicilərinin əksəriyyəti tərəfindən bəyənilib.
Müğənninin qaşlı qlamur libası da diqqət çəkib. Modelyer Elnarə Bəkirovanın əl işi olan geyimin qiyməti 2500 manatdır. Tüldən hazırlanan libasın üzəri qaşlarla və güllərlə bəzədilib. Paltarın arxasına isə uzun şleyf vurulub.
Natavanın gecədəki saç və makiyajını Səbinə İmanova edib. Bir çox izləyicilər Natavanın bu seçiminin konsert verdiyi məkana uyğun olmadığını da yazıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub