"Dırnaqarası kişiciklərimiz oturub türk serialına baxır..." Əməkdar artist xalqı TƏHQİR ETDİ - VİDEO

532
"Dırnaqarası kişiciklərimiz oturub türk serialına baxır..." Əməkdar artist xalqı TƏHQİR ETDİ - VİDEO

"Heç kimin deyə bilmədiyi çox sözləri mən söyləyirəm. Bu da bəzi insanların xoşuna gəlmir. Dəli deyiləm ki, durduğum yerdə nə gəldi danışam. Deməli, məni qıcıqlandıran bir məqam, haqsızlıq olur ki, cavab verirəm".

Mynews.az 
xəbər verir ki, bu sözləri əməkdar artist Mehriban Xanlarova "ARB TV"də yayımlanan "Şou məkan" verilişinə açıqlamasında deyib. 

Aktrisa haqqında yayılan bir çox xoşagəlməz xəbərlərdən danışıb:

"Qərar vermişəm, məndən xəbərsiz haqqımda təsdiqini tapmayan xəbər yayanları məhkəməyə verəcəm. Ən düzünü mən deyərəm. Axı mən heç kəslə kobud danışmamışam. Heç kəs ağ vərəq deyil. Demirəm, mən aydan arı, sudan duruyam. Bu gün əgər mən Mehriban Xanlarovayamsa, özüm gəlib Mehriban Xanlarova olmuşam. Xalqın sevgisini qazanmaq asan deyil. Bu gün mən xoşbəxt aktrisalardanam ki, məndə xalqın sevgisi var.

Yazırlar ki, Mehribanın intim şəkilləri var. Görmüsüz? Əgər varsa, çıxarın ortaya. Bəzi tamaşaçılar yazının altından təhqirlər yazırlar. Ey yazanlar, sizin yazdıqlarınız mənim vecimə deyil”.

M.Xanlarova çəkildiyi filmlərdəki açıq-saçıq səhnələrdən bəhs edib:

"Sahilsiz gecə"də mən alt geyimimi yuxarı qaldırıram. O filmdə oynamağıma peşman deyiləm. O vaxt demişdilər ki, guya məni və Şahmar Ələkbərovu döyüblər. Heç kim məni döyməyib, söz deməyib.

Dırnaqarası kişiciklərimiz nə yaxşı oturub Türkiyənin bütün seriallarına baxırlar. Orda açıq səhnələr yoxdur bəyəm? Ancaq bu gün mən bir açıq səhnəyə çəkilsəm, adi bir öpüş səhnəsi olsa, yazılanların beş qat artığını yazarlar”.

Xəbər lenti