Rusiyanın estrada ifaçısı İosif Kobzon vəfat edib.
Mynews.az xəbər verir ki, bununla bağlı müğənninin yaxınları “Qovorit Moskva” radiostansiyasına məlumat veriblər.
Onun 80 yaşı olub.
İyulun 27-də bildirilmişdi ki, müğənni süni nəfəs aparatına qoşulub. Bundan əvvəl, artisti Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə köçürmüşdülər. Onun vəziyyəti ağır qiymətləndirilirdi.
Həmin gün Kobzonun mətbuat katibi Varvara Vinoqradova bəyan edib ki, ifaçının xəstəxanaya yerləşdirilməsi planlaşdırılmışdı və onu reanimasiyaya köçürməyiblər. Eyni açıqlamanı artistin həyat yoldaşı Ninel Kobzon da iyulun 26-da verib.
Qeyd edək ki, 2005-ci ildə Kobzona xərçəng diaqnozu qoyulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub