"Təqribən üç aydır ki, mən müğənni Damlanın sənətinə, musiqisinə, yeniliklərinə diqqət yetirirəm və onun uğurlarına sevinirəm. Əgər o 4-5 il ərzində çox böyük tamaşaçı və dinləyici kütləsi yığıbsa, mən buna sevinirəm. Bu onun uğurudur. Həm də mən ona tövsyyə edərdim ki, yaddan çıxmış gözəl mahnılarımızı yeni bəstədə və formada tamaşaçılarımıza çatdırsın. Öz gözəl səsini qorusun, səsindən məharətlə istifadə etsin”.
Mynews.az xəbər verir ki, bu sözləri eks-maliyyə naziri Əvəz Ələkbərov modern.az-a müsahibəsində deyib. O, müğənni Damlanın ifalarına qulaq asdığını və böyük gələcəyini gördüyünü bildirib.
Saytın əməkdaşı səsləndirilən fikirlərlə bağlı müğənninin düşüncələrini öyrənməyə çalışıb. Onunla əlaqə saxlamaq mümkün olmasa da, müğənninin meneceri Şəhriyar Abışov açıqlama verib. O, eks-maliyyə nazirinə təşəkkür edib:
"Biz hörmətli professorumuza minnətdarıq. Damla xanımın Əvəz müəllimə böyük hörməti var. Hətta eks-maliyyə nazirimiz bir neçə dəfə bizimlə də danışıb. O cümlədən Damla xanıma öz məsləhətlərini verib. Damla xanımın sənətini, yaradıcılığını qiymətləndirdiyi üçün ona təşəkkür edirik”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub