Tanınmış müğənni Ülvi Qılınc toy biznesində bərk gedən, şou-biznesdə ad çıxaran məşhur həmkarları ilə bağlı qalmaqallı açıqlamalar verib.
Mynews.az-a danışan sənətçi toyda döyülən müğənnilərlə bağlı gizlinləri açıb-töküb:
“Bu gün şou-biznesdəki müğənnilərin yüz faizdən yalnız 2 faizi toylarda özünü apara bilir. Qalanları nə hərəkətini bilir, nə geyimini, nə də özünü aparmağı. Baxırsan, adını kişi qoyub, amma dar “retuz” şalvarda, sinəsi açıq köynəkdə, “krassovkalar”da toya gedir. Ay başına dönüm, kişi də arvad kimi dekolte geyinər, sinəsini, kürəyini bayırda qoyar? Elə buna görə də onları döyüb, başına butulka vururlar. Toyda gözümün qabağında müğənni olub ki, salıb təpiyin altına çırpıblar. Qadın müğənnilərə də aiddir. Siqaret damağında, içki içir, bədənini də qoyub çöldə, kişilər də ora-burasın öpüb, çimdikləyir. Mən də toya gedirəm, amma çöldə, evdə geyindiyim paltarla toya getmirəm. Toyda içib, onun-bunun arvadına söz atmıram”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub