Hüseyn Dəryanın vəfatından 3 il ötür

699
Hüseyn Dəryanın vəfatından 3 il ötür

Bu gün Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın anım günüdür.

Mynews.az xəbər verir ki, Hüseyn Cahangir oğlu Muradov (Hüseyn Dərya) 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub.

Könüllü olaraq təhsilindən imtina edib, hərbi xidmətə yollanıb. Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerası 2000-ci ildən başlayıb. 2000-ci illərin əvvəllərindən ifa etdiyi bir neçə repi dillər əzbərinə çevrilib. Daha çox “Kef elə” mahnısı ilə məşhurlaşıb.

Son dəfə “Can vətənim” mahnısına klip çəkdirib.

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda xanımdan 2003-cü il təvəllüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir Muradov adlı oğlu var.

14 mart 2014-cü ildə gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan H.Dərya 15 mart 2014-cü ildə səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

16 mart 2014-cü ildə Bakıxanov məzarlığında dəfn olunub.

 

 

Xəbər lenti