Yerli şou-biznesin xanımları bəzən sənəti ilə yanaşı başqa xüsusiyyətləri ilə də gündəmə gəlir.
Mynews.az bu dəfə döyməsi olan məşhur xanımlarımızın siyahısını hazırlayıb.
Müğənni Günel Ələkbərova bu yaxınlardan çiyninə tülkü şəkli çəkdirib. O döyməsinin fotosunu İnstaqram hesabında paylaşıb.

Aktrisa Pərvin Abıyeva sinəsinə tatu çəkdirib. Qeyd edək ki, aktrisa bundan əvvəl çiyninə döymə etdirmişdi.


Xalq artisti Aygün Kazımovanın qolunda artıq bir neçə ildir ay və günəş simvolları var. Müğənni bir müddət əvvəl sağ qolunda olan ay və gün şəkillərini boyatdırıb. O, günəşi sarı, ayı isə mavi rəng etdirib.

Müğənni Səidə Sultanın da çiynində döymə var. Sənətçi bunu heç sevmədiyini, bir çəkiliş zamanı aldadıb ona etdiklərini söyləyib.

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan keçmiş müğənni Safurə Əliyeva qoluna həyat yoldaşının adını yazdırıb.

Müğənni Natavan Həbibi də qoluna döymə etdirən məşhurlar sırasındadır.

Müğənni Mətanət Əsədova da qoluna tatu etdirib. Sənətçinin sağ qolunda yazı var.

Aparıcı Zümrüd Bədəlovanın qolunda döymə var. Zümrüd biləyinə kəpənək şəklini döymə edib. Üzərinə isə "Z və L" hərflərini yazdırıb. "L" aparıcının qızı Ləmanın adının baş hərfidir.

Müğənni Rəqsanə İsmayılovanın hər iki qolunda yazı var.

Aparıcı Afaq Gəncəli isə qoluna xərçəngdən dünyasını dəyişən oğlu Qədirxanın adını yazdırıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub