Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin ad günüdür.
Mynews.az-ın məlumatına görə, aktrisa övladını 13 yaşı tamam olması münasibətilə təbrik edib. Əsədova sosial şəbəkədə qızıyla fotolarını paylaşaraq bunları yazıb:
"Dünyama işıq, ruh, sevinc, həyat gözəlliyi qatan, döyünən ürəyim, aldığım nəfəsim, 13 yaşın mübarək. "Ana" deyən səsinə, dilinə qurban olum. Mən "ana" olduğum üçün Allaha sonsuz şükürlər edirəm. Mənə ağıllı, sağlam övlad bəxş edib. Nə yaxşı ki, varsan, yaşamaq eşqim. Sən anasız ömrümə gəlməsəydin, mən solmuş, ruhsuz, bir varlıq olardım. Yaşamaq eşqimi gəlişinlə həyatıma qaytardın. Balaca saf dünyamda övladım üçün onu gələcəyə ağıllı, sevgidolu, vətənini sevən, savadlı, pisliklərdən uzaq yetişdirmək arzusu ilə yaşayıram. Allahdan ömür istəyirəm ki, övladımı sağlam, ali təhsilli böyüdüm, xoşbəxt gününü görüm. Sevgim, ürəyim, Gülərim. Allah səni mənə, məni sənə çox görməsin".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub