İrandakı investisiyaları pozması ilə bağlı ABŞ-da davam edən məhkəmənin önəmli şəxslərindən olan Rza Zərrab Nyu-Yorkun məşhur restoranlarından birində görüntülənib.
Mynews.az xəbər verir ki, Soho bölgəsindəki məşhur suşi restoranı “Nobu”da bir xanımla yemək yeyən Zərrab fotolarının çəkildiyinin fərqinə varandan sonra məkandan ayrılıb.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun 2014-cü ilin sentyabrında İrandakı investisiyalarla bağlı istintaqı zamanı Rza ailəsi ilə birlikdə 16 mart 2016-cı ildə ABŞ-a giriş edərkən həbs olunmuşdu.
Nyu-York Federal Məhkəməsində 135 il cəza qarşılığında şahid qismində ifadə verən Zərrabın daha az cəza alması gözlənilirdi.
Onu da qeyd edək ki, onun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilirdi.
Xatırladaq ki, Rza Zərrab müğənni Günel Zeynalovanın nişanlısı olub, o, hazırda Ebru Gündeşlə evlidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub