“Qız kimi hoppanıb düşməyi özümə yaraşdırmıram” Elnarə

745
“Qız kimi hoppanıb düşməyi özümə yaraşdırmıram” Elnarə

“Dava sevmirəm, konflikt adamı deyiləm. Nəinki qrup üzləri ( W-Trio), həmkarlarımla, sinif yoldaşlarımla, dostlarımla çox az konfliktim olub”.

Mynews.az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Sənətçi bir müddət əvvəl əməkdar artist Röya Ayxanla arasında plagiat mahnı iddiaları ətrafında yaranan qalmaqala münasibət bildirib. O, Röyayla düşmən olmadığını qeyd edib:

“Mənə dəstək olan ailəm, həyat yoldaşım var. Hər şeydən əlim üzülsə belə, onlara baxıb sevinirəm. Heç kimlə problemim yoxdur. Kinim, neqativ düşüncələrim də yoxdur. Bugünkü gündə qapıdan içəri girən adama salam verərəm, hal-əhval da tutaram. Heç bir azərbaycanlı mənim düşmənim ola bilməz. Bunu birmənalı şəkildə demişəm. Onlara nə demişəmsə, olanı demişəm. Həyat səhifələrimizə baxanda hər şey göz qabağındadır. Heç nəyi nə artırmamışam, nə də azaltmamışam. Yalan danışmamışam, olanı demişəm, faktları sadalamışam. Burda nə var ki? Boynuma alıram, etiraf edirəm”.

Elnarə son klipi olan “Sevgi fəslim”dən də danışıb.  Müğənni bildirib ki, əvvəlki Elnarə bir daha qayıtmayacaq:

“Kliplərimdə hər zaman özümü oynamışam. Məndən əvvəlki Elnarəni gözləyirlər. Nə özləri başa düşmürlər, nə də mən başa sala bilmirəm. Əvvəlki Elnarə qayıda bilməz. Fikirlərim dəyişib, formalaşıram, müdrikləşirəm. Yaşımın üstünə yaş gələndə kamilləşirəm. Yetkin bir insana qız kimi ora-bura hoppanıb düşməyi yaraşdırmıram. Mənə nə qədər mahnı mətnləri gəlir. Elə bilirsiz ki, hər mahnını oxuyuram?! Yüz dəfə baxıram, seçirəm. İndi belə şeyləri çox düşünürəm. O vaxtlar nə gəldi oxumuşam”.

Xəbər lenti