Müğənni Damlanın başına iş gəlib.
Mynews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçinin avqustun əvvəlində təqdim etdiyi “Sevmişdim” adlı klipi “Youtube”dən silinib.
Buna səbəb ifaçının müəllif hüquqlarını pozması olub. Belə ki, söz və musiqisi İlkin Həsənə məxsus mahnını ilk dəfə İradə Mehri 2016-cı ildə ifa edib və rəsmi hesabında paylaşıb.
Damla həmkarından icazə almadan mahnını ifa edib, klip çəkdirib. İradənin “Youtube”a müraciətindən sonra sözügedən layihə sosial şəbəkədən silinib.
Damla isə məsələylə bağlı “Youtube”a müraciət etdiyini, tezliklə məsələnin həll olunacağını bildirib.
Xatırladaq ki, ekran işini 4 milyona yaxın insan izləmişdi.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub