“Bir az olar ki, Bakıya endim. Hər dəfə Bakıya qayıdanda düşünürəm ki, sanki doğulduğum Ağdərəyə gedəcəm. Hərdən bir quş olub doğulduğum yurda getmək, Seyid Məmməd babamın, qardaşım Talehin məzarını ziyarət etmək, evimizin önündəki o gözəl ətirli qızıl güllərimin hələ də qalıb-qalmadığını bilmək istəyirəm”.
Mynews.az-ın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Atası və oğlunun şəklini yayımlayan X.Hidayətqızı işğal altında olan Ağdərə ilə bağlı təəssüratlarını bölüşüb:
“Düşmən kəndimizi işğal edəndə maşından düşüb geriyə, evimizə qaçan itimizin - Bobikin hələ də həyətimizdə bizi gözlədiyini düşünürəm... Mən hər gün o yerləri, yurdumuzu düşünüb ağlayıram.
Rəbbimdən tək diləyim heç olmasa babalarımın, qardaşımın yatdığı məzarlıqda basdırılmağı mənə nəsib etməsidir. Nə qədər iztirablıymış doğulduğun yerə həsrət qalmaq. Bu ayrılığın nə qədər dəhşətli olduğunu hər yaşımın üstünə yaş gəldikcə daha çox hiss edirəm.
Görün indi ata, anam, o yaşda olan insanlar nə çəkir. Rəbbim bizə o torpaqlarda yaşamağı, ölməyi nəsib etsin”.

1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub