ARB TV-nin “Səhər-səhər” verlişinin növbəti qonağı müğənni Tunar Rəhmanoğlu olub.
Mynews.az-ın məlumatına görə, ifaçı əməkdar artist Nüşabə Ələsgərli ilə aralarında yaşanan qalmaqaldan danışıb:
“Mən də bilmədim bu məsələ hardan, necə çıxdı. Nüşabə xanımın illər öncə keçirdiyi məclisdə olan bir hadisə idi. Mənimlə bağlı bir şey deyil. Kimsə piar olsun, onun sənətinə pislik gətirsin deyə etmişdi. Nüşabə xanıma da and içdim ki, həmin videonu biz yaymamışıq. Aramızda heç nə ola bilməz. Məclislərdə də görüşürük. Nəyə görə elə bir şey edim ki? Bir mahnı oxuyuram reklam oluram”.
N.Ələsgərli də məsələyə münasibət bildirib:
“O video yayılanda da düşündüm ki, yəqin bunu Tunar edib. Bəlkə də reklam, piar və ya gündəmə gəlmək üçün. Həyatdı da... Amma sosial şəbəkələrdə “Qısqanclıqdır, Nüşabə xanımdır da...” yazmağı çox incitdi. Lazım olsa, mən Tunarın özünə xəbər göndərərdim ki, oxuma, düş aşağı. Tunar niyə o videonu sosial şəbəkədə özü də paylaşdı və altda da şərhləri açıq qoyub, orada məni söydürür. Orada mənə nalayiq sözlər deyirdilər. Toyuna gələ bilməmək səbəbim isə həmin gün bütov toy oxumağım idi”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub