Rəqqasə Fatimə Fətəliyeva tədbirlərin birində kameramıza tuş gəlib.
Mynews.az-ın məlumatına görə,Arıqlaması ilə diqqət çəkən sənətçi Oxu.Az-a açıqlama verərək, əslində, tam istədiyi formada olmadığını deyib.
“Heç vaxt çəkimi ölçmürəm. Özümü hazırda arıq hiss etmirəm, elə bilirəm, kökəlmişəm. Rəqs elə bir sənətdir ki, nə qədər arıq olsan, o qədər çılğın olursan. Rəqslərimin texnikası güclüdür və çılğındır. İki kilo da olsa, çəkim artanda, mənə mane olur”, - deyə Fatimə söyləyib.
Bu il doyunca istirahət etmədiyini qeyd edən rəqqasə bunu yay boyu maqazin gündəmini məşğul edən Xatun və Nazilə Səfərli ilə olan qalmaqalı ilə əlaqələndirib:
“Getdim, qalmaqallara görə heç bilmədim, tətilim haradan gəlib, hara getdi. Bundan sonra qalmaqallara “stop” qoymuşam. Hər şeyin yolu var. Hüquqlarımız var, bu məsələyə baxanlar var. Kimsə söz desə, özüm susacağam, bu işi hüquq-mühafizə orqanları görəcək. Artıq heç kim mənə nəsə deyə bilməz”.
Qeyd edək ki, Xatun və Fatimə arasında olan qalmaqala şair Nazilə Səfərli, müğənni Vasif Məhərrəmli də qoşulmuşdu.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub