Jurnalist Ülviyyə Alovlu müğənni Rəqsanə İsmayılova ilə işbirliyinə qalmaqallı şəkildə son qoyub.
Mynews.az-ın məlumatına görə, buna səbəb sənətçinin jurnalistin pulunu verməməsi olub. Ülviyyə saytımıza açıqlamasında bildirb ki, Rəqsanə ilə çalışdıqdan sonra onun bir çox sirrini öyrəndiyini deyib:
"Bütün jurnalist həmkarlarıma, musiqiçilərə, konsert salonlarına, konfrans zallarına və ümumiyyətlə, sənətlə, musiqi ilə bu və ya digər formada əlaqəsi olan hər kəsə müraciət edirəm: pulu öncədən qəpiyinədək almadan Rəqsanə İsmayılova ilə heç bir iş görməsinlər. Bu insan, beş aydır ki, min vəd versə də, görülən işin qonorarını ödəmir.
Əslində bu qadınla ömründə iş görməzdim. Amma onun üçün müraciət edən aparıcı Fira (Firuzə Cəlilova - red.) oldu. Ölkədə daha heç kim onunla işləmirdi. Çünki bütün media ilə məhz pul məsələlərinə görə problem yaşamışdı. Fira o pulu şəxsən özünün ödəyəcəyinə söz verdi. Amma ödəniş günü çatanda Fira da Rəqsanə kimi geri çəkildi. Dedi ki, Rəqsanə ona da atıb.
Hələ bu azmış kimi, mənim Rəqsanənin işlərini gördüyümü öyrənən borc sahibləri də məni narahat etməyə başladı.
Sən demə, bunun illərdir paltar alverçilərindən tutmuş kirayə maşın salonlarına qədər hamıya borcu var imiş. Bunun heç şəxsi maşını da yox imiş. Bu illər ərzində kirayə maşın götürüb sürürmüş. Hələ də birinə 5 min dollar borcu var.
Yazdırdığı mahnılar və Türkiyədə elətdirdiyi aranjimanlara görə bir hörmətli musiqiçiyə 4000 dollar borcu var. Ona borcu qaytarmamaq üçün kimlərəsə zəng elətdirib, hədə-qorxu gəlib ki, o borcu unutdursun.
Haqqımı ona halal etmirəm, haramı olsun".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub