ARB TV-nin “Səhər- Səhər” verilişinə aşıq Ulduz və onun müğənni qızı Sədaqət Ulduz qonaq olub.
“Səhər-Səhər” kollektivi aşıq Namiqdən müğənni Sədaqət haqqında fikirlərini öyrənib.
Namiq Sədaqət haqqında verdiyi açıqlama ilə ağıllarda sual yaradıb:
“Müğənnilər var e, şəxsi həyatını gündəmə gətirirlər. Mən onların tayı deyiləm, mən aşıqam, mən kişiyəm. İncəsənət aləmindən və yaxud qeyri biri ilə evlənsəm də kişi toyu edəcəm. Mən arvadımı çəkib camaata göstərən kişilərdən deyiləm. Sədaqətin xətrini çox istəyirəm. 20 ildən çoxdur ki, bizim dostluğumuz var. Mən Sədaqət xanım kimi ağıllı xanımla evlənsəm, çox sevinərəm. O, həm də mənim yerlimdir.
Sədaqət haqqında kimsə nəsə deyərsə qarşısında məni görər. İllərdir biz telefonla və “whatsaap”la danışırıq. Yəqin ki, bu il evlilik məsələsi olacaq. Qısqanc bəyəm, xanımımı ancaq xınayaxdılara getməyə qoyaram. Kişi toylarına getməyə qoymaram. Mən Sədaqətdən artıq qızla ailə qurası deyiləm, nə də Sədaqət məndən artıq bəylə ailə qurası deyil. Əgər qismət olsa bu iş alınsa siz də biləcəksiniz”.
Namiqin səsləndirdiyi fikirlərdən sonra Sədaqətin anası aşıq Ulduz bu cür reaksiya verib:
“Nə oğlan evində, nə də qız evindən bir xəbər yoxdur. Siz bu hay-huyu hardan götürmüsünüz”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub