Xalq artisti Brilliant Dadaşova “5/5” verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, müğənni uşaqlığı ilə bağlı etiraf edib. O bildirib ki, atası onun adını Xoşqədəm qoymaq istəyib:
“Atam ən sevdiyi adları o biri bacılarıma qoyub. Mən doğulanda deyiblər, adını Xoşqədəm qoyaq. Sonra pianoda köhnə “Brilliant” mahnısını ifa edib. Ondan sonra deyib, bu qızın adı Brilliantdır”.
Daha sonra bacısı Lalə Dadaşova onunla bağlı sualları cavablandırıb. O bildirib ki, bacısı ən çox brilyant hədiyyə almağı sevir.
Onun sözlərinə isə B.Dadaşova "O qədər brilyant hədiyə almışam ki... Hansı qadın qızılı sevməz" cavabını verib.
Dadaşova ilk dəfə qardaşından danışıb. O deyib ki, qardaşı şou-biznesdən uzaq bir sahədə çalışır.
Dadaşova aparıcı Zaur Kamalın "Müğənnilər arasında sənət, ailə çətindir. Neçə ildir sizdə problem olmayıb. Ədalət müəllimlə bir yerdəsiniz. O, yoxsa siz dözdünüz" sualına belə cavab verib:
"İllərdir mən ona dözdüm. Onun hər şeyi tullamağına... Evdə nədənsə xoşu gəlmirsə, tozludursa, pəncərədən atır. Atama bənzəyən oğlan seçmişəm. Atam da spirtli içki içməz, siqaret çəkməzdi. Bu da belədir. Atam stolda çirkli qab görəndə zibilliyə atır. O da eynidir. Bizim təmizlik problemimiz var".
"Həyat yoldaşınız xəstələnib, təziyiqi qalxıb. Ayağını yuyarsınız? Belinə soyuq dəyib, nəsə edərsiniz" sözlərinə verdiyi cavabla diqqət çəkib:
"Evdə qızlar var. Etmərəm. Ehtiyac yoxdur. Studiyaya getməliyəm, verilişlərə getməliyəm, hələ ləyənlə su gətirim? İradə bacım ərinə yumurtanıda soyub verirdi. Xoşum gəlmir, belə olmaz. qadın həyat yoldaşının anası deyil. Mən ancaq oğlumun ayağına su gətirərəm, suyunuda içərəm. Həyatda yalnız bir kişiyə qulluq etmişəm, o da oğlum. Ondan başqasına etmərəm. Ona çay da süzərəm, ancaq ona edərəm. Onun anasıyam. Həyat yoldaşı naz edə bilər, siz ona qulluq edin".
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub