Rəqqasə Oksana Rəsulova süni yolla uşaq dünyaya gətirməsilə bağlı açıqlama verib.
Mynews.az xəbər verir ki, o, “Instagram” hesabında bildirib ki, süni mayalanma ilə doğulan uşaqlar atasız sayılmır.
“İllərdir ki, Azərbaycanda sonsuzluğa qarşı olan, övlad həsrəti ilə yaşayan insanlar üçün heç bir müalicə kömək etmədiyi halda – XXI əsrin öndə gedən tibb proseduru süni mayalanmadır. Hazırda qadın sonsuzluğu ilə bərabər kişi sonsuzluğu da geniş yayılıb və bir çox ailələr məhz, süni mayalanma üçün həkimlərə müraciət edirlər.
Yəni, demək istəyirəm ki, süni mayalanmadan olan uşaq bəzilərinin başa düşdüyü kimi atasız olmur, hər bir uşağın atası var. Vay o günə ki, uşaq atası yanında ola-ola atasız qalsın, belə şeylərdən qorxun, yazın, danışın ki, olmasın! Ona görə də “Süni mayalanmadan olan uşaq atasızdır” kimi fikirlər söyləməyin, günahdır, körpələrin haqqına girməyin. Süni mayalanma nikahlı ailələrə də edilir! Göydə Allah, yerdə isə peşəkar həkimlər...
Və təbii ki, yanında olan, sənə ürək-dirək verən ailən. Allah arzularınıza və saf niyyətlərinizə çatdırsın”.
Qeyd edək ki, Oksana hər kəsdən gizlətsə də, onun süni mayalanma yolu ilə oğlu dünyaya gəlib.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub