Müğənni Rəqsanə İsmayılova haqqında bir çox insana pul borclu olması ilə bağlı iddialara cavab verib.
Mynews.az xəbər verir ki, jurnalist Ülviyyə Alovlu ifaçının onu aldadıb, pulunu ödəmədiyini söyləmişdi. Rəqsanə isə Alovluya hər ay min manat ödədiyini bildirib:
"Ülviyyə Alovlunu şəxsən tanımamışam. Özümə mətbuat katibi axtarırdım. Firuzə Cəlilova bizi tanış etdi və aylıq min manat əmək haqqı ilə razılaşdıq. Amma dediyi qalan sözlərin hamısı yalandır. Guya mənim Firuzə ilə pul üstündə söz-söhbətim olub. İnanmırsınızsa, zəng edin Firuzədən soruşun. Mənim onunla pul üstündə heç bir anlaşılmazlığım olmayıb. Ülviyyə Alovluya 2 ay ardıcıl 1000 manat əmək haqqı ödəmişəm. Amma yenə də gördüyü iş məni qane etmirdi. Çünki elə xəbərlər var idi ki, ona cavab vermək və yerli mediada dərc etdirmək lazım idi. Amma Ülviyyə bu işi görə bilmirdi. Bu səbəbdən üçüncü ay ona 500 manat ödədim və sağollaşdım. İşini görə bilməyən adamla kim çalışar? Gördüyü işləri göstərsin və desin ki, bu işi gördüm, amma pulumu verməyib.
Deyir ki, guya dükanlara, salonlara, maşın salonuna borcum var. Məgər biz gözə görünməzik? Oxuduğum məkan da bilinir, telefon nömrələrim də 24 saat açıqdır. Bizi tapmağa nə var ki? Qızım da Bakıda yaşayır. 7 ildir Nigar adlı işçim var. Bizə zəng edən yoxdur. Rəqsanənin heç kəsə borcu yoxdur. Sən Ülviyyə kimsən ki, mənə görə səni axtarsınlar? Hansı dövrdə yaşayırıq ki, insanları aldadıb iş görəsən və pulunu verməyəsən.
Qanun var, hüquq var. Bu qədər yalan və şərə görə adamı məhkəməyə verərlər. Heyif ki, hazırda bu işlərə ayıracaq vaxtım yoxdur. Amma mən bu işi belə qoymayacağam. Hər şey qanuni yolla öz həllini tapacaq. Heç kəs haqqımda yalan və uydurma fikirlər səsləndirib, özünü gündəmə gətirməsin.
Türkiyədə arajiman isə Hacı Nazim ilə olub. Mən 3 min dollar ödədim, amma mahnını heç götürmədim. Zəng edin bunu da Hacı Nazimdən soruşun".//AZXEBER.COM